“İncəli” MMC-nin sizə təklif etdiyi xidmətlərdən biri Yükdaşıma xidmətidir. Bizim Yükdaşıma xidmətimiz sığortalı olub son dərəcə etibarlıdır və biz əmlakınızın təhlükəsizliyini təmin edirik. Əməkdaşlarımız daşınacaq yüklərin ünvandan götürülməsi, onların qablaşdırılması, daşınması, təyin olunmuş ünvana çatdırılması və yerləşdirilməsi işlərini yerinə yetirir. Yükdaşıma xidmətimiz həm paytaxt Bakıda, həm də digər regionlarımızda həyata keçirilir.

Yüklərinizin heç bir zərər görməyəcəyinə və onları son ünvana mümkün qədər qısa zamanda, sizdən təhvil aldığımız kimi çadıracağımıza əmin ola bilərsiniz.

Yükdaşıma xidmətimizə aşağıdakılar daxildir:

  • Təcili yük taksisi;
  • Mebellərin sökülməsi və yığılması;
  • Bütün növ əşyaların qablaşdırılması;
  • Mənzillərin, evlərin, bağ evlərinin, villaların və ofislərin köçürülməsi;
  • Mebellərin yenilənməsi;
  • Pianino və digər musiqi alətlərinin daşınması;
  • Ev heyvanlarının daşınması;
  • Anbar xidməti.