Artıq 4 ildir ki, “İncəli” Xidmətlər Qrupu olaraq sizin xidmətinizdəyik.  Bütün fəaliyyətimiz boyunca sizə təklif etdiyimiz hər bir xidmət üzrə maksimum keyfiyyətli və sərfəli iş təqdim etməyə çalışmışıq. Xidmətlərimizdən daha geniş kütlələrin yararlana bilməsi üçün fəaliyyət dairəmizə Azərbaycanın bütün regionlarını daxil etmişik.

Sizə təklif etdiyimiz əsas xidmətlərimizə Yükdaşıma, Təmizlik, Təmir işləri, Fəhlə xidmətləri, Kuryer və Ayıq sürücü xidmətləri daxildir. Bütün xidmətlərimiz təlim görmüş işçilərimiz tərəfindən həyata keçirilir.

Biz fasiləsiz olaraq günün 24 saatı, həftənin 7 günü, hətta bayram və istirahət günlərində belə sizlərə xidmət göstərməyə hazırıq.

Ucuz qiymət, yüksək keyfiyyət, səliqəli və məsuliyyətli işçi qüvvəsi ilə yanaşı, sığortalı iş görməyimiz də əsas üstünlüyümüzdür. Bu o deməkdir ki, hansı xidmətdən istifadə etdiyinizdən asılı olmayaraq müştərilərimizə görüləcək işə dair sığorta barədə məlumat verilir.

İncəli MMC olaraq əsas məqsədimiz həyatınıza komfort gətirmək, sizi gündəlik həyatın qayğılarından azad etmək, zaman və büdcənizi effektiv idarə etməyinizə kömək etməkdir.