Öz avtomobilinizi idarə etmək qabiliyyətində olmadığınız halda  ayıq sürücü xidməti sizin köməyinizə çatır. Bu xidmətdən istifadə edərkən siz öz avtomobilinizin idarə olunmasını məsuliyyətli, təcrübəli və sığortalı sürücüyə əmanət etmiş olursunuz. Bu o deməkdir ki, sürücü hər hansı bir xoşagəlməz hadisəyə səbəb olarsa, bu vəziyyətdə xidməti təklif edən şirkət məsuliyyət daşıyır.

Bizim təklif etdiyimiz ayıq sürücü xidməti həftədə 7 gün, 24 saat aktivdir. Təcrübəli sürücülərimiz müraciətinizdən qısa bir müddət sonra qeyd etdiyiniz ünvanda olacaq və sizi istədiyiniz yerə ən etibarlı şəkildə çatdıracaq.