İncəli MMC həyatınızı daha da asanlaşdırmaq və yaranacaq çətin vəziyyətlərdə yardımcınız olmaq üçün evakuasiya xidmətini təqdim edir. Baş verə biləcək hər hansı nasazlıq, qəza və digər bu kimi hallarda evakuasiya xidmətimizdən yararlana bilərsiniz. Xidmətimiz ölçüsündən və tutumundan asılı olmayaraq istənilən növ yük və sərnişin daşıyan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur.

İncəli MMC-nin təklif etdiyi evakuasiya xidmətinin üstün cəhətləri aşağıdakılardı:
– Günün 24 saatı, həftənin 7 günü fasiləsiz xidmət;
– Sərfəli qiymət;
– Operativlik və vaxtınıza qənaət.